Aİ Ukraynaya böyük məbləğdə makromaliyyə yardımı ilə bağlı yekun qərar verdi

DÜNYA 21.09.2022 1353

Avropa İttifaqı Ukraynaya təcili olaraq 5 milyard avroluq makromaliyyə yardımının ayrılması ilə bağlı yekun qərar qəbul edib.  

Yardım müharibə zamanı Ukraynanı dəstəkləmək məqsədi daşıyır.

Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 9-da üzv ölkələrin maliyyə nazirləri Praqada keçirilən qeyri-rəsmi görüş zamanı bu vəsaitin Ukraynaya ayrılmasını dəstəkləyib.

Sentyabrın 15-də qərar Avropa Parlamenti tərəfindən dəstəklənib.

Bu gün isə Avropa İttifaqı Şurası rəsmi qərar qəbul edib.

Mənbə: Yevropeyskaya pravda

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top