Şəhid Hüseynalı Nəbiyev Cəlilabadda dəfn edilib

GÜNDƏM 16.09.2022 1276

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseynalı Hikmət oğlu Nəbiyev dəfn edilib.

Saat24.Az xəbər verir ki, Cəlilabad rayonunun Bəcirəvan kənd sakini, 1999-cu il təvəllüdlü Hüseynalı Nəbiyevin nəşi doğulduğu kəndə gətirilib.

Onunla vida mərasimi keçirilib. Sonra şəhid doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhid yaxınları ilə yanaşı rayon rəsmiləri, hərbçilər, yerli sakinlər iştirak ediblər. Rayon rəhbəri üçrəngli bayrağı atasına təqdim edib.

Qeyd edək ki, şəhid Hüseynalı Nəbiyev subay olub.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top