Bakı yollarında son vəziyyət açıqlanıb: On istiqamətdə SIXLIQ var

GÜNDƏM 15.09.2022 1334

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

5. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

7. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

10. “20 Yanvar” dairəsində sıxlıq müşahidə edilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top