Azərbaycan və Rusiyanın antiinhisar xidmətləri Anlaşma Memorandumu imzalayıblar - FOTO

GÜNDƏM 12.09.2022 1146

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində Rusiyanın Federal Antiinhisar Xidməti ilə rəqabət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, sənədi qurumun rəisi Məmməd Abbasbəyli və Federal Antiinhisar Xidmətinin rəisi Maksim Şaskolski imzalayıblar. Memorandumda rəqabət sahəsində əməkdaşlığının inkişaf etdirilməsi, təcrübə mübadiləsi və digər məsələlər öz əksini tapıb.

Dövlət Xidmətinin nümayəndələri həmçinin, Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın 53-cü iclasında da iştirak ediblər. Tədbirdə Dövlət Xidmətinin nümayəndəsi Cəfər Babayev “Haqsız rəqabət sahəsində hüquqi-praktiki təcrübələr” mövzusunda təqdimatla çıxış edib.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top