Yerli rayon (şəhər) üzrə təhsil sektorlarının bir qrup əməkdaşına təlim keçirilib-Foto

CƏMİYYƏT 12.09.2022 1612

Saat24.Az xəbər verir ki,Sentyabrın 11-də Mərkəzi Aran Regional Təhsil İdarəsində yerli rayon (şəhər) üzrə təhsil sektorlarının bir qrup əməkdaşlarına elektron sənəd dövriyyəsi sisteminin idarə olunması ilə bağlı təlim keçirilib.
Keçirilən təlimdə sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin qeydə alınması və icrasına nəzarətin təşkili, elektron sənədlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri mövzularında iştirakçılara məlumat verilib və bu mövzuda bir sıra müzakirələr aparılıb.
Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən bu və ya digər mövzularda təlimlərin təşkil olunmasının davam etdirilməsi nəzərdə tutulur.






 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top