Ağalı sakini: “Kəndə gələn hər köç karvanı ürəyimizdə böyük fərəh hissi oyadır”

CƏMİYYƏT 10.09.2022 1480

“Ağalıya gələn hər köç karvanı ürəyimizdə böyük fərəh hissi oyadır”.

Bunu  Saat24.Az-ın Qarabağ bürosuna açıqlamasında Zəngilan rayonunun Ağalı kəndinin sakini Möhübbət Səmədov bildirib.

Onun sözlərinə görə, kəndlərinə bu qədər tez köçəcəklərini gözləmirdilər:

“Ağalının bütün sakinləri kimi, mənim də sevincimin həddi-hüdudu yoxdur. Allaha min şükürlər olsun ki, bu gün Ağalıdayıq. Düzdür, heç zaman ümidimizi itirməmişdik, doğma kəndimizə qayıdacağımıza inanırdıq, amma bunun bu qədər tez və ilk olaraq bizim kəndin olmasını ağlımıza gətirmirdik.

Bu gün Zəngilana, Ağalıya, bütövlükdə işğaldan azad edilən ərazilərimizə ilk qayıdışın təməli bizim kəndlə oldu. Sakinlərin ilk olaraq bu torpaqlara köçürülməsi bizə sanki yuxu kimi gəlir. Uca Tanrı böyüklüyünü heç vaxt xalqımızın üstündən əskik etməsin”.

M.Səmədov deyib ki, doğma yurda hər gələn köç karvanını böyük sevinc hissi ilə qarşılayırlar:

“Buraya köçəndən sakinlərimizin sevinci sevincə qarışır. Hamı bir-birinə gözaydınlığı verir, təbrik edir. Bəlkə, kənardan baxana bu o qədər də təsir etmir, amma həmin anları yaşamaq, hiss etmək, dillə təsəvvür etmək mümkün deyil.

Ağalı sakinlərinin hər birinin üzündə təbəssüm, ürəklərində fərəh hissi var. Artıq öz dədə-baba yurdlarındadırlar, respublikanın bir çox yerlərinə səpələnmiş köçkün həyat tərzi yaşayan sakinlərimiz indi yenə bir yerdədirlər. Özü də öz dədə-baba torpaqlarında. Buna sevinməmək mümkün deyil”.

XƏBƏR LENTİ
20.04.2024 2015

DİGƏR XƏBƏRLƏR

Loading
Top