“Caliber”: Vardanyanın “vətənpərvərlik” fırıldağının arxasında nə dayanır? - VİDEO

GÜNDƏM 07.09.2022 1087

“Caliber”in “YouTube” kanalında yayımlanan növbəti süjet Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarına gələn erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın siyasi ambisiyalarına, həmçinin onu arxasında dayanan dairələrin qurmağa çalışdığı planın təhlilinə həsr edilib.

“Hələ Rusiyanın Ukraynaya hücumundan əvvəl Kreml İrəvanda Paşinyandan daha çox etibar etdiyi adamı görmək istəyirdi. Vardanyan heç vaxt öz ambisiyalarını gizlətməyib, lakin o bu barədə hər zaman təmkinli və ehtiyatlı danışıb”, – deyə müəllif qeyd edib.

Müəllif xatırladır ki, Rusiya vətəndaşlığından imtina ilə əlaqədar Xocavənddə etdiyi çıxışda erməni iş adamı Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin fəaliyyətini yüksək qiymətləndirib və Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi tam təmin edilməyənə qədər onların regionda mövcudluğunu davam etdirmələrinə dəstək verib.

“Bu, yaxşı təlimatlandırılmış Rusiya ruporunun sözlərinə oxşayır”, - videosüjetdə qeyd olunur.

Daha ətraflı süjetdə:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top