Daha bir general vəzifəsindən azad olundu: Hüquq-mühafizə orqanları tərəfindən dindirilir

GÜNDƏM 06.09.2022 1350

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi bu qurumla bağlı açılan cinayət işinə cəlb olunub.

Saat24.Az-ın əldə etdiyi məlumata görə, Komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov bu səbəbdən tutduğu vəzifədən azad olunub. Hazırda gömrük generalı hüquq-mühafizə orqanları tərəfindən dindirilir.

Qeyd edək ki, K.Məmmədov daha əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi olub. 2019-cu ildə general-mayor rütbəsi ilə təltif edilib.

Xatırladaq ki, son dövrlər DTX tərəfindən Gömrük Komitəsində silsilə əməliyyatlar keçirilib. Aralarında generallar da olmaqla bir sıra yüksək vəzifəli şəxslər rüşvət və mənimsəmə ittihamı ilə həbs edilib. DGK sədri Səfər Mehdiyev isə iyulda vəzifəsindən azad olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top