Bakıda reabilitasiya mərkəzində uşaqlara dəhşətli işgəncələr verilib - VİDEO

GÜNDƏM 03.09.2022 1129

Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

Saat24.Az-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə paytaxtın Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən “Mehnur” reabilitasiya mərkəzində qeydə alınıb:

“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, məsələ artıq nəzarətə götürülüb:

“Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top