Müəllimlərin sertifikatlaşdırılmasına başlanılıb - YENİLƏNİB

GÜNDƏM 30.08.2022 1172

Müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanı mərhələsi başlayıb. 

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edir.

İmtahanlar Bakı, Sumqayıt, Gəncə şəhərləri və Xaçmaz rayonu olmaqla, ümumilikdə səkkiz imtahan mərkəzində təşkil olunub.

Test imtahanı mərhələsində 60 sual namizədlərə təqdim olunacaq. Hər bir düz cavab bir bal kimi müəyyən ediləcək. Cavablandırılmayan suallar sıfır bal kimi qeyd olunacaq. İmtahanda 30 və daha artıq bal toplayanlar müsahibə mərhələsinə buraxılacaq. Həmin mərhələdə 20 bal toplayan namizədlər sertifikatlaşdırılacaq.

08:32

Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sertifikatlaşdırma 30 avqust-1 sentyabr tarixlərində keçiriləcək.

İlkin olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional İdarələrin tabeliyindəki məktəblərdə çalışan ümumilikdə 11 min ibtidai sinif müəllimi sertifikasiya imtahanı verəcək.

Qeyd edək ki, hamilə və ya sosial məzuniyyətdə olan qadınlar sertifikatlaşdırmadan azaddır. İbtidai sinif müəllimləri üçün test tapşırıqları şagirdlərə tədris etdikləri dərsliklər əsasında tərtib olunub. Uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq.

Həmçinin ilk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edənədək dərs yükü və əməkhaqqı azaldılmayacaq. Sertifikatlaşdırmada keçid balı toplayan müəllimlərin əməkhaqqına 10%, keçid balını toplayıb test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə veriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top