ANAMA: Azad olunan ərazilərdə daha 309 mina aşkarlanıb

GÜNDƏM 29.08.2022 1096

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, avqustun 22-dən 27-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 240 piyada əleyhinə mina, 69 tank əleyhinə mina və 81 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 731 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top