Yay bitir, tərəvəzlər bahalaşır - VİDEO

GÜNDƏM 29.08.2022 1176

Yayın bitməsinə az vaxt qalıb. Hazırda bütün evlərdə qışa tədarük görülür. Mürəbbələr bişirilir, turşular hazırlanır.

Saat24.Az. xəbər verir ki, bazarlarda istənilən növ meyvə-tərəvəzə rast gəlmək olur. Yəni qıtlıq yoxdur, əksinə bolluqdur. Qiymətlər də həmişəki kimi fərqlidir.

Yay fəsli başlayandan qiyməti həmişə müzakirələrə səbəb olan pomidor hazırda 50 qəpik - 1 manat arasında satılır. Bununla belə bazarda 2 manata olan pomidorlara da rast gəlmək mümkündür.

Satıcılar isə satdıqları məhsulun baha olmadıqlarını deyir.

Qarpızın kiloqramının qiyməti 20-25 qəpik, hazırda böyük təlabat olan kələmin qiyməti isə 40 qəpikdir. Meyvələrin qiyməti isə ötən həftələrdə olduğu kimidir, dəyişiklik yoxdur

 

XƏBƏR LENTİ
17.04.2024 3197

DİGƏR XƏBƏRLƏR

Loading
Top