Bazar gününün hava proqnozu AÇIQLANDI

GÜNDƏM 20.08.2022 1186

Avqustun 21-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-60 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top