Qubada yanğın lokallaşdırılıb, 500 hektarlıq meşə yanıb - YENİLƏNİB + FOTO/VİDEO

GÜNDƏM 20.08.2022 1456

Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb.

“Report” xəbər verir ki, bunu Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib.

O qeyd edib ki, hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur:

“Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib. Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

 



10:59

Azərbaycanın bir neçə bölgəsində olduğu kimi Quba rayonunda yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə də yanğınlar davam edir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi işləri gedir. 

Yanğını söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin helikopterləri də cəlb olunub. 

Baku TV-nin əməkdaşları hadisə yerindən ən son məlumatları çatdırıb:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top