
Saat24.Az-ın məlumatına görə,12 Avqust 2022-ci il tarixində Ağdaş rayon MKS- nin 1 saylı Gənclər kitabxanasında Beynəlxalq Gənclər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirə başlamazdan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilb. Tədbiri giriş sözü ilə 1 saylı Gənclər kitabxanasının müdiri Zəkəriyəyeva Şəfa açaraq qeyd edib ki, ölkəmizdə Gənclər siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. O, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. 1 saylı Gənclər kitabxanasının əməkdaşı Məlikova Arzu məruzə ilə çıxış edərək Gənclər gününün tarixindən bəhs edib. Sonda tədbirdə iştirak edən gənclər dövlətə, dövlətçiliyə xidmətlərindən söz açıblar.