Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Yuxarı Seyidlər kənd kitabxana filialı uşaqlar üçün kitab sərgisi təşkil edib-Foto

CƏMİYYƏT 29.07.2022 1252

 

Saat24.Az xəbər verir ki,28 iyul 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Yuxarı Seyidlər kənd kitabxana filialının müdiri Günel Şıxməmmədova yay tətili günlərində uşaqların asudə vaxtının səmərəli təşkili, kitaba marağın təbliği və onlarda mütaliə vərdişlərinin aşılanması ilə bağlı kitabxananın yaxınlığındakı bağda uşaqlar üçün kitab sərgisi təşkil edib.
Sərgidə uşaqların maraq dairəsinə uyğun müxtəlif mövzuda kitablar nümayiş olunub.
Günel Şıxməmmədova uşaqlara sərgidə nümayiş olunan kitablar haqqında məlumat verib və onlara maraqlı hekayələr oxuyub. Tədbir boyu uşaqlar yaşıllığın qoynunda mütaliə ediblər. Kitabxanaya yeni oxucular cəlb olunub.





 



XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top