Stiven Lavqrouv: “Qərbin Çin və ya Rusiya ilə nüvə müharibəsi riski artır”

DÜNYA 28.07.2022 1192

“Çin və Rusiya ilə əlaqələrin pisləşməsi səbəbindən Qərbin bu iki ölkə ilə nüvə münaqişəsinə girməsi riski arta bilər”.

Bu barədə Britaniyanın milli təhlükəsizlik müşaviri Stiven Lavqrouv Vaşinqtonda çıxışı zamanı xəbərdarlıq edib.

“İki monolit “Soyuq müharibə” bloku, – SSRİ və NATO, – narahatedici məqamlar olsa da belə, doktrina haqqında ümumi anlaşma əldə edə bildilər. Amma bu gün bu anlaşma yoxdur. Doktrina Moskva və Pekində şəffaf deyil, hələ Pxenyan və ya Tehrandan danışmıram. “Soyuq müharibə” zamanı biz sovet doktrinasına və imkanlarına dair anlayışımızı yaxşılaşdıran bir sıra danışıqlar və dialoqlardan faydalandıq. Bu isə hər ikimizə nüvə müharibəsində səhv hesablama aparmayacağımıza dair daha yüksək səviyyəli əminlik verdi”, - deyə müşavir bildirib.

Lavqrouv hesab edir ki, bu gün Çin və Rusiya ilə kommunikasiyaların pisləşməsi “strateji münaqişənin qaçılmaz eskalasiyası” riskini artırıb və təsadüfi müharibəyə çevrilmə ehtimalını yüksəldib.

Daha əvvəl Amerika Müharibələrin Tədqiqi İnstitutunun (ISW) analitikləri Rusiya Prezidenti Vladimir Putinin müvəqqəti olaraq işğal olunmuş Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinə Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun qarşısını almaq üçün nüvə təhlükəsindən istifadə edə biləcəyini irəli sürmüşdülər.

Mənbə: UNİAN

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top