Universitet işçilərinin məzuniyyət “keyfi” tələbələri get-gələ salıb: Lazımi sənədlər niyə verilmir? - VİDEO

GÜNDƏM 28.07.2022 1190

Qərbi Kaspi Universitetinin tələbələri təhsil müəssisələrini dəyişmək üçün ali məktəbdən lazım olan akademik arayışı ala bilmirlər.

Tələbələrlə yanaşı, valideynlər də üç gündür ki universitetin korpusları arasında get-gəldə qalıblar.

Tələbələr inanmaq istəmirlər ki, universitet işçilərinin istirahəti onların gələcək taleyindən daha önəmlidir. Tələbələrdən biri bildirib ki, universitet işçisi ona yazan gəncləri blok edib:

“Məzuniyyətini pozduğumuza görə bizi şikayət edəcəyini dedi”.

Bəzi tələbələr isə iddia edirlər ki, universitet onlara qarşı qanunsuz tələblər irəli sürür.

Universitetdən “Xəzər Xəbərə” bildirilib ki, səslənən iddialar əsassızdır.

Ətraflı süjeti təqdim edirik:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top