Hərbi liseylərə qəbul imtahanı keçiriləcək

GÜNDƏM 28.07.2022 1083

Dövlət İmtahan Mərkəzi iyulun 31-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirəcək.


Bu barədə DİM-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə yeddi binada təşkil olunacaq. İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına yeddi ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 157 nəzarətçi-müəllim və 14 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır və iki saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top