120 dəqiqəlik mübarizə başa çatdı: “Qarabağ” növbəti mərhələdə - YENİLƏNİB + VİDEO

GÜNDƏM 28.07.2022 1119

“Sürix”-“Qarabağ” qarşılaşması 2-2 hesabı ilə başa çatıb. Bu hesab Azərbaycan təmsilçisini Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəldib. 

23:26

“Sürix”-“Qarabağ” qarşılaşmasında əlavə vaxtın ikinci hissəsi start götürüb. Hesab 2-2-dir.

23:11

“Qarabağ” “Sürix”lə qarşılaşmada yenidən hesabı bərabərləşdirib. Azərbaycan çempionunun heyətində Ovusu Kvabena 98-ci dəqiqədə fərqlənib.

 

23:05

“Sürix”-“Qarabağ” qarşılaşmasında əlavə vaxtın ilk hissəsi start götürüb.

22:59

“Sürix”-“Qarabağ” qarşılaşmasının əsas vaxtı başa çatıb. Meydan sahibləri 2:1 hesabı ilə öndədir. İlk oyun 3:2 hesabı ilə Azərbaycan çempionunun qələbəsi ilə başa çatdığı üçün komandalar əlavə vaxtda mübarizə aparmalı olacaqlar. 

22:57

“Qarabağ”-“Sürix”lə görüşdə qapısında ikinci topu görüb. Meydan sahibləri oyunun əsas vaxtına əlavə edilmiş 5-ci dəqiqədə fərqlənib. “Sürix”in heyətində Santini fərqlənib. 

22:16

“Qarabağ”-“Sürix”lə görüşdə hesabı bərabərləşdirib. Azərbaycan çempionunun heyətində 55-ci dəqiqədə Kadi Borqes fərqlənib.

22:06

“Sürix”-“Qarabağ” qarşılaşmasında ikinci hissə başlayıb. 

21:50

“Qarabağ” “Sürix”lə qarşılaşmada fasiləyə məğlub yollanıb. İlk hissədə M.Medvedevin avtoqulu yeganə olub. 

21:06

“Sürix” təmsilçimiz “Qarabağ”la qarşılaşmada önə keçib. Qarşılaşmanın dördüncü dəqiqəsində M.Medvedev avtoqul müəllifi olub.

21:01

İsveçrədə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Sürix”-“Qarabağ” oyunu start götürüb. İlk qarşılaşmada Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. 

19:51

İsveçrədə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Sürix” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Avropa futbol qurumunun rəsmi saytının məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq.

“Sürix”: 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 8. Ule Selnes, 10. Antonio Markesano, 17. Şeyk Konde, 19. Nikola Boraniyaşeviç, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 4. Beçir Omeragiç, 7. Bledian Krasniqi, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin, 16. Mark Hornşu, 28. Karol Mets, 33. Ştefan Zayler, 39. Akakiy Qogia

Baş məşqçi: Franko Foda

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 6. Julio Romao, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov

Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, bu gün “Letsiqrund” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə "köhlən atlar" qələbə qazanıb - 3:2.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top