DİN-in tabeliyinə verilmiş şirkətin strukturu və rəhbərliyində dəyişiklik edilib

GÜNDƏM 27.07.2022 1215

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin strukturunda və rəhbərliyinin dəyişilməsi ilə bağlı paylaşılan xəbərlərə aydınlıq gətirilib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Oxu.Az-a bildirib ki, mərkəzin rəhbərliyində deyil, nəzdində olan strukturda və onun rəhbərində müvafiq dəyişiklik edilib.

Belə ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi idarə səlahiyyətli olmaqla hazırda fəaliyyətini davam etdirir.​ Lakin xidmətin daha səmərəli təşkili üçün ştat vahidlərində müvafiq komplektləşdirmə həyata keçirilib.

Əvvəllər Mərkəzin İctimaiyyətlə əlaqələr sektorunun daxilində olan Radio 107,7 FM bundan sonra “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” MMC kimi fəaliyyət göstərəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top