“İcra başçısı və ya müavininin göstərişi ilə heç bir tikinti-quraşdırma işi aparıla bilməz” - AÇIQLAMA

GÜNDƏM 26.07.2022 1196

“Hər bir şəhərin əvvəlcə Baş Planı hazırlanır. Bu gün şəhərdə hansısa obyekt tikilirsə, o, mütləq şəkildə Baş Plana uyğunlaşdırılmalıdır”.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib. 

O, Prezident İlham Əliyevin ötən gün Masallı və Lerikin yeni icra başçılarını qəbul edərkən toxunduğu məmurlar tərəfindən qanunsuz torpaq zəbt edilməsi və tarixi abidələrin məhv edilməsi məsələsi haqqında danışıb. 

Həmsöhbətimiz dövlət başçısının həmişə korrupsioner məmurlara qarşı barışmaz mövqedə olduğunu vurğulayıb:

“Prezident onlara daim xəbərdarlıq edib. Bəzi məmurlar həbsə atılsa da, yenə də biz korrupsiya hallarına rast gəlirik. Mənimsəmə, qohumbazlıq hələ də davam edir. Ona görə də Prezident dünən növbəti bir xəbərdarlıq etdi. Hər bir məmur öz məsuliyyətini dərk etməlidir. Əgər onlar öhdəliklərini yerinə yetirmirlərsə, gələcəkdə cəzalandırılan insanların sırasında olacaqlar.  Şəhərsalma böyük bir prosesdir və genişhəcmli iş tələb edir. Tələb olunan sənədlərin hamısı yerində olmalıdır. Əgər yerində deyilsə, buna cavabdeh şəhərin memarlıq idarəsinin rəisi və icra başçısıdır, onlar cəzalandırılmalıdır. 

Tikintiyə icazə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq verilir. Hansısa icra başçısının və ya onun müavininin göstərişi ilə heç bir tikinti-quraşdırma işi aparıla bilməz. Lakin bu gün Bakıda və rayonlarımızda xeyli obyektlər var ki, onlar standartlara cavab vermir. Bu cür tikililər sökülərkən alınan kompensasiyanın miqdarını isə mülkiyyət üzrə mütəxəssislər təyin edə bilərlər”. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top