Nazir: “Qarabağdakı iqtisadi zonalara artıq xarici investorlar da maraq göstərir”

İQTİSADİYYAT 26.07.2022 1265

“Böyük Qayıdış”ın təmin edilməsi və onun iqtisadi əsaslarının bərqərar olunması dövlət başçısı tərəfindən qarşımızda qoyulan əsas vəzifələrdəndir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Biz artıq iki prosesin həll edilməsi barədə danışa bilərik. Birincisi təhlükəsizlikdir. Bu gün hamımız şahidik ki, istər sahibkarlar, istər media nümayəndələri, istər vətəndaşlar işğaldan azad edilmiş ərazilərimizə müvafiq çərçivədə azad şəkildə gedib-gələ bilirlər. Belə ki, təhlükəsizliyin olmadığı yerdə iqtisadi fəaliyyətdən, sərmayələrdən danışmaq mümkün deyil.

İkincisi isə infrastruktur təminatıdır ki, bu sahədə də yeni aeroportlardan, yeni yollardan, enerji təchizatından su anbarlarına qədər bir sıra işlər sürətli şəkildə həyata keçirilir.

Üçünçüsü, biz dayanıqlı iqtisadi fəaliyyət və sərmayələrin həyata keçirilməsini “Böyük Qayıdış”la sıx bağlayırıq. Çünki əhalinin qayıdışı iqtisadi nöqteyi nəzərindən həm müvafiq zəruri olan əmək resursunu, həm də xidmətlərin və məhsulların istehlak edilməsini təmin edir”, - nazir bildirib.

O vurğulayıb ki, Prezidentin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iki xüsusi sənaye zonası yaradılıb. Bunlardan biri Ağdam Azad iqtisadi zonası, digəri Cəbrayılda Araz Vadisi iqtisadi zonasıdır.

“Bizim artıq fəaliyyətə başlayan müəssisələr və sahibkarlarla yanaşı, artıq kifayət qədər böyük sayda müraciətlərin baxılması son mərhələdə olan sahibkarlarımız da var. Hələ ki bunlar Azərbaycan investorları, iş adamlarıdır. Ancaq, biz artıq xarici investorlardan da maraq ifadəsi alırıq”, - M.Cabbarov bildirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top