Afiyəddin Cəlilovun oğlunun ölkədən çıxışı qadağan edildi

GÜNDƏM 26.07.2022 1105

Uzun müddət Azərbaycanda rəhbər vəzifələrdə çalışmış dövlət xadimi Afiyəddin Cəlilovun oğlu Nihad Cəlilovun ölkədən çıxışına qadağa qoyulub.

 

“Qafqazinfo” xəbər verir ki, o, dövlətə olan vergi borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb.

Belə ki, Dövlət Vergi Xidmətinin qaldırdığı iddiaya Bakı Kommersiya Məhkəməsində baxılıb. Məlum olub ki, onun rəhbəri olduğu “Armada Distrubition” adlı şirkətin dövlətə altı min manat vergi borcu var. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda iddia təmin olunub.

Qeyd edək ki, Afiyəddin Cəlilov Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olub. 1994-cü ildə Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində öldürülüb. Onun oğlu Nihad Cəlilov bizneslə məşğuldur və bir neçə şirkəti var.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top