Şahin Bağırov iclas keçirdi: Gömrüyün fəaliyyətində ciddi dəyişiklik olacaq

GÜNDƏM 25.07.2022 1111

Gömrük sahəsinin müxtəlif istiqamətlərinə cavabdeh olan baş idarə rəisləri, müstəqil idarə, şöbələrin rəhbərlərinin və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun iştirakı ilə iyulun 25-də Dövlət Gömrük Komitəsində (DGK) işçi görüş keçirilib.

Bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, görüşdə gömrük xidməti general-leytenantı Şahin Bağırov tərəfindən Azərbaycan Prezidentinin tapşırıq və göstərişlərinə uyğun olaraq müasir tələblərə cavab verən gömrük xidmətinin yaradılması, şəffaflıq, rasional gömrük prosedurlarının tətbiqi, məmnunluq səviyyəsinin artırılması və ölkəmiz üçün ən vacib əhəmiyyət kəsb edən inkişaf istiqaməti üzrə gömrük xidmətinə aid zəruri işlərin görülməsi tapşırığı diqqətə çatdırılıb və bu prinsiplər əsasında əsas strateji hədəflərin müəyyən edilməsinə göstəriş verilib.

Günün tələblərinə cavab verməyən mövcud vəziyyətin ən qısa zamanda dəyişməsi, müasir çağırışlar əsasında gömrük xidmətinin inkişafı üçün işə yanaşma tərzinin dəyişməsi, fəaliyyətin planlaşdırılması zamanı analitik təhlillər aparılmaqla və ehtiyaclar öyrənilməklə prioritetlərin müəyyənləşdirilməsi, kadr siyasətini təkmilləşdirməklə yalnız bilik və təcrübəsi olan kadrlara inkişaf karyerası mühitinin yaradılması, etik davranışlara hərtərəfli riayət edilməsi, gömrük işində istifadə olunan proqram təminatlarının rahatlığı və əlçatanlığının təmin olunması, bütün nəzarət üsullarının və rəsmiləşdirilmə prosesinin elektron əsaslarla reallaşdırılması, işgüzar biznes mühitinin yaradılması üçün tədbirlərin həyata keçirilməsi üzrə konkret tapşırıqlar verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top