Odessaya raket hücumu nəticəsində YUNESKO-nun siyahısında olan muzeyə ziyan dəyib - FOTO

DÜNYA 24.07.2022 759

Rusiya ordusunun raket hücumu nəticəsində Odessa İncəsənət Muzeyi qismən zədələnib.

Bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyindən məlumat verilib.

Bildirilib ki, muzey YUNESKO-nun ilkin siyahısındadır.

“Partlayış dalğası Odessa İncəsənət Muzeyinin binasının pəncərələrini qırıb. Xoşbəxtlikdən tələfat olmayıb. Muzey dərhal dəymiş ziyanı aradan qaldırmaq üçün işə başlayıb”, - nazirlikdən bildirilib.

Nazirlik YUNESKO və beynəlxalq ictimaiyyəti Rusiyanın raket zərbələrini dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.

Xatırladaq ki, bu gün, iyulun 23-də səhər saatlarında Rusiya Odessa Dəniz Ticarət Limanına “Kalibr” tipli qanadlı raketlərlə hücum edib. Hücum nəticəsində yaralananlar var.

 


Mənbə: rbc.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top