Bakıdan Naxçıvana yeni avtobus reysi açılır

GÜNDƏM 22.07.2022 1382

Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə yeni avtobus reysi açılır.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 09:00-da Naxçıvan şəhərinə çatacaq.

5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Qeyd edilib ki, sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və qurumun rəsmi saytından onlayn qaydada əldə etmək mümkündür.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top