ABŞ-da 43 ildən sonra ilk dəfə poliomielitə yoluxma təsdiqləndi

DÜNYA 22.07.2022 1493

ABŞ-da son 43 ildə ilk dəfə poliomielit xəstəliyinə yoluxma halı qeydə alınıb. Xəstəlik Nyu-Yorkun Roklend qraflığının sakinində aşkarlanıb.

Səhiyyə Nazirliyinin nümayəndələri yerli sakinin ABŞ-dan kənarda yoluxa biləcəyini ehtimal edib.

Qeyd edək ki, poliomielit mərkəzi sinir sisteminə təsir göstərir və əlilliyə, yaxud da ölümə səbəb ola bilər. Xəstəliyə daha çox körpələr və uşaqlar yoluxur. Poliomielitə qarşı peyvənd 1955-ci ildə ABŞ-da tətbiq olunub və bu, ölkədə 21 min nəfərin iflic olmasına və 3175 nəfərin ölümünə səbəb olan uzunmüddətli epidemiyanı dayandırıb. ABŞ-da poliomielit xəstəliyinin son təbii halları 1979-cu ildə qeydə alınıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top