Dünyada avtomobil satışları il ərzində ilk dəfə artdı

GÜNDƏM 21.07.2022 1407

“LMC Automotive” konsaltinq şirkətinin məlumatına görə, ötən ilin iyununda qlobal avtomobil bazarı bu ilin əvvəlindən bəri ilk dəfə müsbət dinamika nümayiş etdirib.

Son bir ayda satılan avtomobillərin sayı 0,4 faiz artaraq 7,1 milyon ədədə çatıb. İlin birinci yarısının yekunlarına görə, dünyada 38,5 milyon avtomobil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azdır.

Çin son bir ayda avtomobil satışında dünya lideri olub. Orada 2 milyon 483 min avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 29,5 faiz çoxdur. Mütəxəssislərin fikrincə, bu artım uzunmüddətli karantinlər zamanı formalaşan azalmış istehlak tələbi, eləcə də ölkədə avtomobil bazarını dəstəkləmək üçün həm elektromobillərə, həm də daxili yanma mühərrikli modellərə şamil edilən yeni tədbirlərin başlanması ilə bağlıdır.

İkinci yerdə 1 milyon 130 min satılan avtomobillə ABŞ qərarlaşıb.

Bununla yanaşı, Qərbi Avropada 1 milyon 106 min avtomobil satılıb. Şərqi Avropada isə satışlar keçən illə müqayisədə təxminən 50 faiz azalaraq 246 600 avtomobilə düşüb.

Cənubi Amerikaya gəlincə, qitədə 198 min avtomobil öz sahibini tapıb.

Həmçinin, ötən ilin iyun ayının nəticələrinə görə dünyanın ən böyük avtomobil bazarları arasında Yaponiya, Kanada və Cənubi Koreya da yer alıb.

Mənbə: motor.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top