Azərbaycanda ilk dəfə olaraq restoran xidməti üzrə yarış keçirilib - FOTO

GÜNDƏM 20.07.2022 1425

Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” platformasının birgə əməkdaşlığı ilə ölkədə ilk dəfə olaraq Restoran Xidməti üzrə Yarış keçirilib. 

Yarış Avropa İttifaqının maliyyələşdirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin dəstəyi ilə baş tutub. Tədbir müxtəlif peşə istiqamətləri üzrə ölkədə milli yarışların təşkili və müvafiq olaraq, Azərbaycanı beynəlxalq yarışlara hazırlamaq fəaliyyətləri çərçivəsində keçirilib. Məqsəd, ölkənin iqtisadi inkişafında bacarıqların əhəmiyyətini vurğulamaq və bu istiqamətdə atılan addımları dəstəkləməkdir. Yarış turizm sektorunda, xüsusilə restoran xidmətləri sahəsində cari vəziyyət və inkişafı labüd məsələlərin müzakirəsi üçün imkan yaradıb. Yay müddətində bu sahədə fəaliyyətin intensivləşməsi məsələnin aktuallığını artırıb. 

Yarışın ilk mərhələsində Azərbaycanın müxtəlif şəhərlərindən bu sahədə çalışan və təhsil alan 173 gənc müraciət edib. Müraciətçilərdən ikinci - nəzəri mərhələni uğurla tamamlayanlar finala vəsiqə qazanıblar.

Yarışda sahə üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib. Yerli və xarici mütəxəssislərdən ibarət olan münsiflər heyəti iştirakçıların qiymətləndirməsini “WorldSkills International” təşkilatının qoyduğu peşə standartlarına əsasən aparıb. Tədbirin sonunda seçilən qaliblər İqrar Kərimli, Sənan Nəzərov və Əlvan Abdullayev mükafatlandırılıblar.

Qeyd edilməlidir ki, “WorldSkills Azerbaijan” dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” platformasının Azərbaycandakı qurumudur. Bu hərəkat əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirməyi, həmin standartları təhsil sisteminə inteqrasiya etməyi hədəfləyir.

BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi isə sözügedən platformaya dəstək olaraq bir sıra peşə ixtisasları üzrə yerli yarışların təşkilini və dünya standartlarına uyğun olaraq əlaqədar tərəflərin potensialının gücləndirilməsi tədbirlərini nəzərdə tutur.   

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin kommunikasiyalar üzrə mütəxəssisi – [email protected]

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin mətbuat və informasiya rəhbəri – [email protected]

Avropa İttifaqına Üzv Dövlətlər öz təcrübələrini, resurs və müqəddəratlarını birləşdirmək qərarına gəlmişlər. Onlar birlikdə sabitlik, demokratiya və davamlı inkişaf zonası qurmuş, eyni zamanda mədəni müxtəlifliyi, tolerantlıq və fərdi azadlıqlarını qoruyub saxlamışlar. Avropa İttifaqı hüdudlarından kənarda olan ölkə və xalqlarla öz nailiyyət və dəyərlərini bölüşmək öhdəliyinə sadiq qalır.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org veb-saytına baş çəkə yaxud “Twitter”də @UNDP səhifəsini izləyə bilərsiniz.

 

XƏBƏR LENTİ
17.04.2024 3198

DİGƏR XƏBƏRLƏR

Loading
Top