Tehranda Astana üçlüyü sammitinin yekunlarına dair birgə bəyannamə qəbul edilib – YENİLƏNİB + VİDEO

DÜNYA 20.07.2022 1612

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyü sammitinin yekunlarına dair birgə bəyannamə qəbul edilib.

Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.

Tərəflər ölkənin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.

Həmçinin, bəyanata görə, Rusiya, İran və Türkiyə liderləri üçtərəfli formatın müzakirə mövzularını genişləndirmək barədə razılığa gəliblər.

Tərəflər Suriyada terror təşkilatlarının mövcudluğunu və fəaliyyətini, eləcə də ölkədə terrorizmlə mübarizə bəhanəsi ilə bağlı qeyri-qanuni təşəbbüsləri pisləyiblər.

23:45

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisinin iştirakı ilə Astana formatı üzrə Tehranda keçirilən sammit başa çatıb.

Tədbirdən sonra dövlət başçıları birgə mətbuat konfransı keçiriblər.

Qeyd edək ki, üçlüyün növbəti görüşü Rusiyada baş tutacaq.

22:32

Rusiya, İran və Türkiyə Prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başlayıb.

Sammit Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilir.

Qeyd edək ki, dövlət başçılarının görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir dəfələrlə təxirə salınıb.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top