Britaniyanın ən böyük hərbi hava bazası fəaliyyətini dayandırdı

DÜNYA 19.07.2022 1291

Böyük Britaniyada ardıcıl ikinci hərbi hava qüvvələri bazası öz funksiyalarını yerinə yetirə bilməyib.

Buna anomal istilər səbəb olub.

Krallığın ən böyük hərbi hava bazası olan Oksfordşirdəki “Brize Norton” bazasında uçuşlar dayandırılıb.

Bildirilib ki, həddindən artıq isti hava uçuş-eniş zolaqlarını “yumşaq və yapışqan” edib.

Hazırda Britaniyanın Müdafiə Nazirliyi anomal istilər səbəbindən hərbi əməliyyatların pozulmasının qarşısını almaq üçün tədbirlər planı hazırlayır.

Qeyd edək ki, bir müddət öncə Linkolnşirdəki “Cranwell” bazası da eyni səbəbdən fəaliyyətini dayandırıb.

Mənbə: mk.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top