İlham Əliyev: “Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var”

GÜNDƏM 18.07.2022 1861

“Biz bu gün qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında çox məhsuldar müzakirələr apardıq”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib.

Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayan dövlətimizin başçısı deyib: 

“Bizim enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə də sənəd imzalamışıq. 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənəd imzalanıb. Beləliklə, bizim əməkdaşlığımızın uğurlu tarixi var”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top