Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzi Kitabxanada “Azərbaycan Ordusunun Qəhrəman Oğlu Vidadi Xəlilov -40” adlı tədbir keçirilib

CƏMİYYƏT 18.07.2022 1975

Saat24.Az-ın məlumatına görə ,Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Ordusunun zabiti, II Qarabağ Müharibəsinin şəhidi, Polkovnik-leytenant Vidadi Vaqif oğlu Xəlilovun anım gününə həsr olunmuş “Azərbaycan Ordusunun Qəhrəman Oğlu Vidadi Xəlilov -40” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxın dostları, qonşuları, müəllimi Mehriban Mütəllimova, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid ailələri Qayğı Cəmiyyətinin Göyçay rayon təşkilatının sədri Eldəniz Rüstəmov, I və II Qarabağ döyüşlərinin iştirakçısı Bayram Vəliyev, Rəsul Rza ev Muzeyinin direktoru Solmaz Həsənova, Göyçay rayon Bayraq Muzeyinin direktoru Aqil İbrahimov və kitabxananın kollektivi iştirak ediblər. Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Sevinc Qafurova açıb və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Vidadi Xəlilovun həyat və döyüş yolundan tədbir iştirakçılarına məlumat verilib və Şəhidin yaxın qohumu İlkin Qafurovun hazırladığı video–çarx nümayiş etdirilib. Sonra söz şəhidin anası Əminə Məmmədovaya verilib. O, oğlunun necə vətənpərvər olduğundan, Vətənə, millətə sevgisindən qürurla danışıb və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. Tədbirdə iştirak edən qonaqlar hər biri öz növbəsində Vidadi Xəlilov haqqında xatirələrindən danışıblar. Sonra söz Mərkəzi Kitabxananın direktoru, şəhidin həyat yoldaşı Nərmin Xəlilovaya verilib. O, Əminə anaya Vətənə, xalqa belə layiqli övlad yetişdirdiyi üçün təşəkkürünü bildirib və general görmək istədiyi həyat yoldaşının arzusunun gerçəkləşmədiyini çox təəssüflə qeyd edib, onun ondan da böyük zirvəyə-Şəhidlik zirvəsinə ucalmasından danışıb. Sonda şəhidə həsr olunmuş sərgiyə baxış keçirilib.






 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top