Bakıda sərnişin avtobus sürücüsünü döydü

GÜNDƏM 18.07.2022 1272

Bakının Sabunçu rayonunda avtobusda dava düşüb.

APA xəbər verir ki, hadisə ötən axşam saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb.

118B marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib.

Mübahisə zamanı sürücü döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mübahisənin səbəbi hələ ki məlum deyil.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top