“Bloomberg”: Rusiya etalon neft markasını yaradır

GÜNDƏM 15.07.2022 1292

Rusiya hökuməti 2023-cü il üçün milli etalon neft markasının yaradılması planını hazırlayıb.

Bu barədə “Bloomberg” tanış ola bildiyi müvafiq sənədlərə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, öz etalon növünə malik olmaq Rusiyaya Qərb ölkələrinin Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq üçün “qara qızıl”a “tavan qiymət” tətbiq etmək cəhdlərinə müqavimət göstərməyə imkan verəcək.

Hazırlanmış plana əsasən, neft istehsalçıları və Rusiya Federasiyası Mərkəzi Bankı oktyabr ayında milli platformada neft ticarətinə başlamağı planlaşdırır.

Rusiya 2023-cü ilin mart-iyul aylarında etalon qiymət göstəricisi yaratmaq üçün yetərli ticarət həcminə nail olmaq məqsədilə xarici tərəfdaşlarını buna cəlb etmək niyyətindədir.

Etalon növ neftin yaradılması planı hələ ilkin mərhələdədir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top