“Apple” Enzo Ferrari haqqında serial çəkəcək

DÜNYA 15.07.2022 1137

Amerikanın “Apple TV+” striminq xidməti məşhur italyan yarışçısı və “Ferrari”nin qurucusu Enzo Ferrariyə həsr olunmuş serial çəkəcək.

Layihədə iştirak etmək üçün “Peaky Blinders”in yaradıcısı Stiven Nayt və rejissor Stefano Sollima dəvət olunub. Serialın prodüseri Paolo Sorrentino və Lorenzo Mieli olacaq.

Serialın süjeti Luka Dal Montenin Enzonun həyatının beş ilini təsvir etdiyi “Ferrari Reks” kitabı əsasında qurulacaq. Məhz həmin illərdə yarışçı Dino adlı ilk övladını itirib.

Mənbə: motor.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top