Britaniyada baş nazir seçkilərinin ikinci turu keçirilib

DÜNYA 15.07.2022 1231

Böyük Britaniyada hökumət başçısı seçkilərinin ikinci turu başa çatıb.

Baş nazir postuna 6 namizəddən yalnız 5-i iddialarını davam etdirəcək.

Qeyd olunur ki, seçkilərin ikinci turunda birinci yeri yenə 101 səslə keçmiş maliyyə naziri Rişi Sunak tutub. Keçmiş müdafiə naziri Penni Mordont və hazırkı xarici işlər naziri Liz Truss müvafiq olaraq 83 və 64 səslə ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

İlk beşliyi Bərabərlik və Yerli İdarəetmə naziri Kami Badenok (49 səs) və deputat Tom Tugendat (37 səs) qapayıb.

Eyni zamanda İngiltərə və Uelsin baş prokuroru Suella Braverman altıncı yeri tutaraq siyasi yarışı dayandırıb.

Mənbə: rbc.ua

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top