Yaponiya və ABŞ böyük hava təlimləri keçirdi

DÜNYA 14.07.2022 1222

Yaponiya və ABŞ Yapon dənizində, Şərqi Çin dənizində və Sakit Okean üzərindəki səmada hava təlimləri keçirib.

Bu barədə Yaponiya Hava Özünümüdafiə Qüvvələri məlumat yayıb.

Qeyd olunur ki, təlimlərə ölkənin Hava Özünümüdafiə Qüvvələri və ABŞ Hərbi Hava Qüvvələrinin 50-dən çox aviasiya texnikası cəlb olunub. Xüsusilə, ABŞ tərəfindən dörd F-35A iştirak edib.

Təlimlərin məqsədinin müxtəlif taktiki manevrlər hazırlamaq və Yaponiya Hava Özünümüdafiə Qüvvələri ilə ABŞ Hərbi Hava Qüvvələri arasında koordinasiya səviyyəsini artırmaq olduğu vurğulanır.

Mənbə: TASS

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top