“Azərsu”yun yığılmış zərəri 8 milyard manata yaxınlaşıb

GÜNDƏM 13.07.2022 1342

“Azərsu” ASC 2021-ci ili 552,23 milyon manat xalis zərərlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 70,9% çoxdur.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 7,6 % artaraq 7 855,686 milyon manata çatıb.

Ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 262,947 milyon manat (əvvəlki ilə nisbətən 42,7% çox), satışlarının maya dəyəri 128,729 milyon manat (2,1% az), inzibati xərcləri 28,756 milyon manat (28,9 % az), satış və paylanma xərcləri 146,607 milyon manat (25,3 % çox), digər əməliyyat xərcləri 549,528 milyon manat (2,6 dəfə çox), məzənnə fərqindən gəliri 10,315 milyon manat (əvvəlki il zərər olub), digər gəlirləri 32,236 milyon manat (4,1 dəfə çox), maliyyə xərcləri 3,450 milyon manat (22,2% çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 60 min manat (4,8% az), mənfəət vergisi ödəmələri isə 598 min manat (7 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 1 021,630 milyon manat olub ki, bu da illik müqayisədə 2,1 % çoxdur. 2021-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 0,7 % azalaraq 578,444 milyon manata düşüb, balans kapitalı isə 6 % artaraq 443,186 milyon manata çatıb.

Xatırladaq ki, “Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top