Bakı metrosunda gediş haqqı artırılacaq? - AÇIQLAMA

GÜNDƏM 13.07.2022 1456

Bakı metrosunda gediş haqqının artırılacağı ilə bağlı iddialar yayılıb. 

Oxu.Az məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanlayıb. 

Qurumdan bildirilib ki, “Bakı Metropoliteni” QSC metropolitendə gediş haqqı qiymətlərini tənzimləmir və belə bir səlahiyyəti yoxdur: 

“Tənzimləmə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının səlahiyyətinə daxildir”.

Qeyd edilib ki, “Bakı Metropoliteni” QSC aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir.

“Bununla belə, gediş haqqı qiymətlərinə yenidən baxılaraq tənzimlənməsi barədə “Bakı Metropoliteni” QSC-dən aidiyyəti qurumlara müraciət ünvanlanmayıb”, - məlumatda bildirilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top