Əsassız iddialar: “Böhtanla telekanalın nüfuzunu ləkələmək mümkün olmayacaq” – VİDEO

GÜNDƏM 13.07.2022 1088

Xəstə uşaqların müalicəsi, şəhid ailələrinə qayğı, qazilərimizin sağlamlığının bərpası, bütün bu mühüm işlər dövlətin həyata keçirdiyi sosial siyasətin sayəsində mümkün olur. Cəmiyyətin vəzifəsi isə dövlətimizin bu siyasətini dəstəkləmək, imkan daxilində kömək etməkdir. 

Bu baxımdan ictimai platformalar rolunu oynayan telekanallar da cəmiyyətdə həmrəylik, birlik, qarşılıqlı yardım ruhunun inkişaf etməsinə öz tövhəsini verə bilər. 

Bu mənada ATV telekanalı xeyriyyə kampaniyalarının uğurla aparılmasında təcrübəyə malikdir.

Bu cür kampaniyaların hər bir mərhələsi milyonlarla tamaşaçının gözü qarşısında keçirilir. Xeyriyyə kampaniyaları başlamazdan əvvəl telekanallar xəstəlik diaqnozunu və müalicə xərclərini rəsmən təsdiq edən bütün lazımi sənədlərin təqdim edilməsini tələb edir.

Müalicə üçün toplanan ianələr isə birbaşa xəstə uşaqların valideynlərinin təqdim etdiyi bank hesablarına edilir. 

Bu mövsümdə ATV-nin “Bizimləsən” verilişində həyata keçirilən yardım kampaniyalarında toplanan vəsaitin xərclənməsini əks etdirən sənədlər də nümayiş olunub. 

Daha ətraflı süjetdə:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top