İcra hakimiyyətdən yalnış yazılmış sözlə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO

GÜNDƏM 24.06.2022 1256

Nəsimi Rayon İcra Hakimiyyəti səhv yazılmış “mühafizə” sözü ilə bağlı açıqlama verib.

Açıqlamada deyilir:

“Oxu.az” xəbər portalında qeyd edilib ki, rayon İcra Hakimiyyəti tərəfindən quraşdırılan lövhədə “mühafizə” sözü “mühavizə” kimi yazılıb.

İlk növbədə qeyd edirik ki, sözügedən lövhə rayon İcra Hakimiyyəti tərəfindən quraşdırılmamış və quraşdırılma ilə bağlı RİH tərəfindən hər hansı razılıq və ya icazə olmayıb.

Ünvana baxış keçirilmiş və qanunsuz quraşdırılmış lövhə yığışdırılıb.

Lövhə yığışdırıldıqdan dərhal sonra Azadlıq prospekti ev 18, mənzil 95 ünvanda yaşayan vətəndaş Gözəlov Fəxrəddin Əhməd oğlu özünü “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin sədri kimi təqdim edərək lövhənin onun tərəfindən quraşdırıldığını qeyd edərək demontaj olunmasına narazılığını bildirib.

Vətəndaşa müvafiq izahat verilib”.

 

14:27

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən yazılan lövhədə yanlışlığa yol verilib. 

Bu barədə “Grammar Azi” səhifəsi məlumat paylaşıb. 

Belə ki, RİH tərəfindən quraşdırılan lövhədə “mühafizə” sözü “mühavizə” kimi yazılıb.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top