Goranboyda baş verən təbii fəlakətlə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

GÜNDƏM 23.06.2022 1408

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Goranboy rayonunun Ağcakənd kəndindən qısamüddətli sel keçməsi və bəzi əraziləri su basması ilə bağlı açıqlama verib.

ASC-nin mətbuat katibi Dilqəm Şərifov Oxu.Az-a bildirib ki, hazırda əraziyə texnikalar cəlb olunub:

“İdarənin heyəti iş başındadır. Sel və daşqınların fəsad törətməməsi üçün səhərə kimi tədbirlər görülür. Sədr müavini də artıq əraziyə ezam olunub. Sabah gün ərzində ehtiyac olacaqsa, yaxın ərazilərdən də texnikalar cəlb olunacaq”.

İlhamə Əbülfət

19:50

Goranboyda güclü yağış bir sıra fəsadlarla nəticələnib.

Oxu.Az xəbər verir ki, bu gün rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib.

Belə ki, sel suları səbəbindən qəsəbənin yolunda avtomobillərin hərəkəti çətinləşib.

Bir neçə avtomobili selin apardığı, evlərə su dolduğu və hazırda yağışlı hava şəraitinin davam etdiyi qeyd edilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top