İlham Əliyev: “Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik, özbək xalqının uğurlarına sevinirik”

GÜNDƏM 22.06.2022 1960

“Biz Özbəkistanda baş verənləri diqqətlə izləyirik. Sizin uğurlarınıza sevinirik. Sevinirik ki, Şavkat Miromonoviçin başladığı islahatlar artıq nəticə verir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə mətbuata bəyanatı zamanı səsləndirib.

Qazanılmış bütün nailiyyətlər münasibətilə qardaş özbək xalqını bir daha təbrik edən dövlətimizin başçısı deyib:

“Aydındır ki, belə fundamental islahatlar üçün vaxt lazımdır. Lakin qısa müddətdə əldə edilənlər, əvvəla, Prezidentin iradəsindən xəbər verir, göstərir ki, özbək xalqı bu təşəbbüsləri dəstəkləyir və həmin təşəbbüslər nəticə verir. Bu, təkcə statistikada görünmür, əminəm ki, Daşkəndi ziyarət edən hər kəs bunu görür. Mən Daşkənddə əvvəllər olmuşam və bugünkü dəyişiklikləri görəndə ürəkdən sevinirəm ki, qardaş ölkə uğurla inkişaf edir, burada sülh, asayiş, sabitlik, iqtidarla cəmiyyətin vəhdəti mövcuddur – bunlar hər bir dövlətin inkişafı üçün əsas amillərdir”.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, bu gün iki Prezidentin öz nümayəndə heyətlərinə verdiyi bütün tapşırıqlar yerinə yetiriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top