Ağdaş Rayonunda 80 illik yubiley münasibətilə tədbir keçirilib-Foto

CƏMİYYƏT 21.06.2022 2932

Saat24.Az xəbər verir ki,Habil Əliyev adına 1 nömrəli Ağdaş şəhər uşaq musiqi məktəbində ömrünün böyük bir hissəsini təhsilə və onun idarəçiliyinə sərf edən, əmək fəaliyyəti dövründə rayonun ictimai-mədəni həyatında fəal iştirak edən, sağlam düşüncəli mövqeyi ilə daim örnək olan qabaqcıl təhsil işçisi Tənzilə Ağabala qızı Şıxıyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Ağdaş rayon İcra Hakimiyyətinin və Ağdaş Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, yubilyarın həmkarları və qonaqlar iştirak ediblər. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə çıxış edərək Tənzilə Şıxıyevanın əmək fəaliyyətinə toxunmuş, onun rayon ictimaiyyəti arasında böyük hörmət və nüfuz sahibinə çevrildiyi, eyni zamanda orta ixtisas təhsili sahəsində kadr hazırlığı işində uzun illər böyük əmək sərf etdiyini diqqətə çatdırmışdır. Rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirakı, təhsilin idarəçiliyində uzun müddət səmərəli fəaliyyəti və anadan olmasının 80 illiyi münasibətilə yubilyara rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı təqdim edilmişdir. Tədbirdə çıxış edənlər Tənzilə Şıxıyevaya təbriklərini çatdırmış, ona uzun ömür, möhkəm cansağlığı diləmişlər. Musiqi məktəbinin ansamblı və solistlərinin ifasında tədbir boyunca maraqlı konsert proqramı nümayiş etdirilmişdir. Sonda çıxış edən Tənzilə Şıxıyeva göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirmiş, bundan sonrakı illərdə də rayonda ictimai fəaliyyətinin daha da gücləndirilməsi üçün bütün qüvvəsini sərf edəcəyini qeyd etmişdir.
 












XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top