Azərbaycan qırıcıları “Anadolu Qartalı - 2022”də iştirak edəcəklər - VİDEO

GÜNDƏM 19.06.2022 1207

Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki uçuş təlimlərində iştirak etmək üçün Türkiyənin Konya şəhərinə gəlib.

Oxu.Az xəbər verir ki, təlimə hazırlıqla bağlı yoxlama uçuşları keçirilib.

Məlumata görə, beynəlxalq taktiki uçuş təlimlərində Azərbaycanı Su-25 və MiQ-29 qırıcı təyyarələri təmsil edəcək.

Bildirilib ki, təlimdə Türkiyə və Azərbaycan hərbçiləri ilə yanaşı, Böyük Britaniya, İordaniya və Pakistanın hərbi qulluqçuları da iştirak edəcək.

Beynəlxalq taktiki uçuş təlimlərində əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, təlimlər iyunun 20-dən iyulun 1-dək davam edəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top