“Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi - YENİLƏNİB + FOTO

Sadə xəbər
GÜNDƏM 14.06.2022 1429

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi bəlli olub.

Oxu.Az xəbər verir ki, bu, Polşanın “Lex” komandasıdır.

İlk oyun (5/6 iyul) səfərdə – Poznan şəhərində, cavab matçı (12/13 iyul) isə Bakıda baş tutacaq.

 


09:28

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Komandalar püşkdən əvvəl qruplara bölünüb.

“Səpələnmişlər” səbətində yer alan “köhlən atlar”ın rəqibləri bu beş komandadan biri olacaq: “Zrinski” (Bosniya və Herseqovina), “Lex” (Polşa), “Hibernians” (Malta), “Şkupi” (Şimali Makedoniya), “Dinamo” (Batumi, Gürcüstan).

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu 5/6 iyulda, cavab matçını 12/13 iyulda keçirəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top