Nazir: “Bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb”

GÜNDƏM 11.06.2022 1750

“Azərbaycanda təhsil alanların öyrənmə xüsusiyyəti ilə bağlı bir dənə də olsun elmi iş yoxdur”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin İkinci Forumunda deyib.

Nazir vurğulayıb ki, 1990-cı illərdə ölkənin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb:

“Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq vaxtı çatıb ki, ayırd etməni aparaq. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki, təkmilləşməyə ehtiyacı olan müəllimlər də təkmilləşmə kurslarına cəlb olunacaq”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top