Azərbaycan millisi Serbiyada Belarusun qonağı olacaq - AFİŞA

GÜNDƏM 06.06.2022 1622

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu gün millimiz Serbiyanın Novi Sad şəhərindəki “Karacorce” stadionundakı qarşılaşmada Belarus millisinin qonağı olacaq. Belarus Ukraynaya müdaxilədə Rusiya ilə əlbir olduğundan, neytral meydanda oynamağa məcbur edilib.

Bakı vaxtı ilə saat 22:45-də başlayacaq görüşü Məhəmməd Əl-Hakimin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək. Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.

A Liqası

1-ci qrup

22:45 Avstriya – Danimarka

22:45 Xorvatiya – Fransa

Xal durumu: Avstriya – 3, Danimarka – 3, Fransa – 0, Xorvatiya – 0

B Liqası

2-ci qrup

22:45 İslandiya – Albaniya

Xal durumu: İslandiya – 1, İsrail – 1, Albaniya – 0, Rusiya – (yarışdan kənarlaşdırılıb)

C Liqası

3-cü qrup

22:45 Belarus – Azərbaycan

22:45 Slovakiya – Qazaxıstan

Xal durumu: Qazaxıstan – 3, Slovakiya – 3, Belarus – 0, Azərbaycan – 0

D Liqası

1-ci qrup

20:00 Latviya – Lixtenşteyn

22:45 Andorra – Moldova

Xal durumu: Latviya – 3, Moldova – 3, Lixtenşteyn – 0, Andorra – 0

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top